Boya istehsalının genişləndirilməsi layihəsi üzrə güzəştli kredit ayrılıb

Sahibkarlığın İnkişafı Fondu tərəfindən boya istehsalının genişləndirilməsi layihəsi üzrə 850 min manat güzəştli kredit ayrılıb.
Fonddan verilən məlumata görə, güzəştli kredit “Nobel Boya və Kimya” MMC-yə verilib.
Layihənin maliyyələşdirilməsi “Kapital Bank” ASC vasitəsilə həyata keçirilib.