BTC kəməri ilə neft nəqli 6,5 faiz artıb

Bu ilin yanvar-iyun ayları ərzində magistral neft kəmərləri ilə 19 649,7 min ton neft nəql edilib.

Dövlət Statistika Komitəsi bildirilir ki, nəqletmənin 76,5 faizi Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib və cari ilin ilk altı ayı ərzində bu kəmər vasitəsilə 15 025,4 min ton neft ötürülüb ki, bu da ötən ilin eyni dövrünün göstəricisindən 6,5 faiz çoxdur.

Dövr ərzində BTC kəməri ilə nəql edilən neftin 83,7 faizini və ya 12 570,2 min tonunu Azərbaycanda hasil edilən neft, 16,3 faizini və ya 2 455,2 min tonunu isə Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil edib.