Yapon avtomobil istehsalçısı Isuzu Rusiyanı tərk etdi

Yapon avtomobil istehsalçısı Isuzu Rusiyanı tərk etdi. Onun Ulyanovskdakı yük maşını zavodu Sollersə satılıb.

İnterfaks xəbər verir ki, Rusiyanın Sollers şirkəti Yaponiyanın avtomobil istehsalçısı Isuzu Motors-a məxsus Isuzu Rus şirkətinin 100%-lik payını almaq üçün müqavilə bağlayıb.

“Alınan hüquqi şəxs çərçivəsində Sollers Group müştərilər qarşısında zəmanət öhdəliklərini yerinə yetirmək və xidmət göstərmək üçün “Isuzu” markalı yük avtomobillərinin ehtiyat hissələrini tədarük edəcək”, - Rusiya şirkəti bildirib.

Həmçinin, Sollersin sözlərinə görə, yük maşınları və pikapların istehsal olunduğu Ulyanovskda Isuzu-ya məxsus zavodun yenidən işə salınması planlaşdırılır.

“Isuzu” brendi Rusiya Federasiyasında rəsmi olaraq 2006-cı ildən təqdim edilib, avtomobil istehsalçısının Ulyanovskdakı zavodu isə 2012-ci ildən fəaliyyət göstərir. Digər şeylərlə yanaşı, UAZ avtomobilləri istehsal edən Sollers, Rusiya qoşunlarının Ukraynaya tam miqyaslı müdaxiləsi başlayandan sonra ləğv edilmiş Isuzu ilə birgə müəssisəyə sahib idi.

Müharibə başlayandan sonra bir çox beynəlxalq şirkətlər Rusiya bazarından çəkildiklərini elan etməyə başladılar və Rusiya biznesi öz aktivlərini əhəmiyyətli endirimlə əldə edə bildi. “Novaya qazeta Europe” Rusiyanı tərk edən şirkətlərin aktivlərinin kimə məxsus olduğunu hesablayıb. Nəşrin məlumatına görə, satışa kıxarılan aktivlərin çox “İnterros”un sahibi Vladimir Potanin alıb.