"Azərsu” ASC-nin 8 milyard manatdan çox borcu var
"Azərsu” ASC 2022-ci ili 180,514 milyon manat xalis zərərlə başa vurub.
Qurumun maliyyə hesabatına əsasən, bu, 2021-ci illə müqayisədə 3,1 dəfə azdır.
Son nəticədə səhmdar cəmiyyətinin yığılmış zərəri 2,3 % artaraq 8,0362 milyard manata çatıb.
Bu il yanvarın 1-nə "Azərsu”yun aktivləri 1 298,005 milyon manat olub ki, bu da illik müqayisədə 27,1 % çoxdur. 2022-ci ildə səhmdar cəmiyyətinin öhdəlikləri 15,6 % artaraq 668,881 milyon manata, balans kapitalı isə 42 % artaraq 629,124 milyon manata çatıb.
Xatırladaq ki, "Azərsu” 2004-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 400 milyon manatdır. Səhmdar cəmiyyəti 100% dövlətə məxsusdur və ölkədə su təchizatı, içməli suyun təchizatı və kanalizasiya xidmətlərinin həyata keçirilməsi sahəsində dövlət siyasətini və strategiyasını həyata keçirən təbii inhisarçıdır. Qurumun əsas funksiyalarına suyun mənbələrdən çıxarılması, ölkə ərazisində paylanması, satışı və istifadəsinin mümkün olması üçün təmizlənməsi və suyun xüsusiyyətlərinin sabitləşdirilməsi daxildir.