Kərə yağının istehsalı artıb
Bu ilin yanvar-iyun aylarında ölkədə 13 513,2 ton kərə yağı istehsal edilib ki, bu da ötən ilin eyni dövrünün göstəricisini 6 faiz və ya 760,9 ton üstələyir.
Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin may ayı ilə müqayisədə iyunda artım 7,8 faiz və ya 171,2 ton təşkil edib.
İyun ayında 2 372,8 ton kərə yağı istehsal olunub. İyul ayının 1-nə hazır məhsul ehtiyatı isə 167,6 ton təşkil edib.