FAO ilə işğaldan azad edilmiş ərazilərdə aqrar sahənin inkişafı müzakirə olunub
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ilə işğaldan azad edilmiş ərazilərdə aqrar sahənin inkişafı ilə bağlı əməkdaşlıq imkanları müzakirə olunub.
Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, qeyd olunan məsələyə nazir Məcnun Məmmədovun FAO-nun Azərbaycandakı nümayəndəsi Muhammad Nasar Hayat ilə görüşü zamanı toxunulub.
Görüşdə FAO ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçirilən layihələrin əhəmiyyəti vurğulanıb, əməkdaşlıq perspektivləri nəzərdən keçirilib.
Bu istiqamətdə fermerlərə dəstəyin göstərilməsi, “yaşıl enerji” və xəstəliklərdən azad zonaların yaradılması, ixrac potensiallı məhsulların istehsalının artırılması, ixracın şaxələndirilməsinin prioritet istiqamətlərdən olduğu qeyd olunub.
Qeyd edilən istiqamətlər uzrə FAO ilə gələcək əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb.