"Bakcell" abunəçilərini qarət edir

Yəqin ki, Azərbaycanda yaşayıb “Bakcell” abunəçisi olan hər bir şəxs heç olmasa bir dəfə bu operatorun müxtəlif “yanlışlıqlarla” cibinə girdildiyinin şahidi olub. Amma heç kim deyə bilməz ki, "Bakcell" bir dəfə səhvən mənim balansımı artırıb. Səhvdir, bir dəfə də "Bakcell"in özünün zərərinə səhv olsun də... Deməli, hsmısı "ağıllı düşünülmüş" plan üzrə olan "səhvdir".

Keyfiyyəqli xidmət qarşılığında sağlam qazanc əvəzinə müştərilərini aldatmaqla varlanmağı qarşısına məqsəd qoyan “Bakcell”, sözün həqiqi mənasında biznes anlayışını “dəyişək, inkişaf edək” fırıldağına çevirib. “Bakcell”in fırıldaqlarını faş edirik:
Söhbət, “Bakcell”in qısa nömrələrdən gələn və abonentini dərhal tora salan “xidmətlər”dən gedir. Dayanmadan sərəncamımıza verdiyi nömrələrə mənasız reklam və anons SMS-ləri yollayan bu provayder, əməlinin qarşılığında abonentlərindən milyonlar oğurlağır. Misal üçün NovoMedia adlanan qurumun “1234” xidməti sizə SMS içərisində “Bakcell”-in rəsmi saytının linkini atır (http://m.bakcell.com/gamesclub). Bu linkə basmaqla siz “Bakcell”in rəsmi səhifəsini açdığınızı düşünürsünüzsə, yanılırsınız. Çünki həmin səhifədə istifadə edilən xüsusi JAVA kodları sayəsində siz həmin andan etibarən “Bakcell”in fırıldağının qurbanı olaraq pullu xidmətə qoşulmuş sayılırsınız.

Bundan sonra isə başlanır iztirablı günlər. Balansınıza nə qədər pul yükləməyinizdən asılı olmayaraq, siz hər zaman “Bakcell”ə borclu qalırsınız. 555 xidmətinə zəng zamanı da özünü təmizə çıxarmağa çalışan şirkətin operatorları sizə “(012) 4648823 şəhər nömrəsinə zəng vuraraq xidmət və NovoMedia barədə ətraflı məlumat ala bilərsiniz” deməklə, guya bu işi hansısa başqa şirkətin həyata keçirdiyini sübut etməyə çalışırlar.(24saat)Amma dəyişməyən fakt budur ki, bu hansısa başqa şirkətin xidmətinə abunəlik “Bakcell”in rəsmi saytından və “Bakcell” istifadəçisindən heç bir icazə alınmadan həyata keçirilir. Hüquq və məntiq başqa şirkətin “Bakcell”in rəsmi saytına xüsusi kod yaza biləcəyini istisna etdiyindən, fırıldağın elə məhz “Bakcell” tərəfindən həyata keçirildiyinə şübhə qalmır.

Uzun müddət soyulan və nəhayətində çarənin “1234” və ya “9546” kimi nömrələrə “STOP” yazıb yollayan abonentə daha qırmızı mesajla cavab verilir – “LÜTFƏN NƏZƏRƏ ALIN Kİ, ABUNƏ XİDMƏTİNƏ GÖRƏ BORCUNUZ VARSA BALANSINIZDAN HƏMİN MƏBLƏĞ TUTULACAQ”. Maraqlıdır, abunə borcunun nə qədər olduğunu nömrə sahibi necə müəyyən edə bilər? Axı o, ümumiyyətlə bu xidmətlə qoşulmaq üçün razılıq verməyib və ona qoşulacağı xidmətin abunəlik haqqının nə qədər olduğu bildirilməyib. Cavabını biz deyək – “Bakcell” nə qədər istəsə, abunəliyə görə borc o qədər olacaq.

Hələ bitmədi…
“BAKCELL”in daha bir fırıldağı isə 9621 xidmətidir. Bu xidmətə abunə olub gündəlik 0.10 manat ödəməyiniz üçün hər hansı bir linkə daxil olmağınız da zəruri deyil. Sadəcə “Bakcell”in “bonus”u olan bu xidmət müştəriləri soymağın ən əxlaqsız yolu kimi səciyyəvidir.

Görüdüyünüz kimi minlərlə örnəyin arasından cəmi 3 qısa SMS xidməti ilə “Bakcell”in abunəçilərini necə soyduğunu tam şəkildə diqqətinizə çatdıra bildik. Hesab edirik ki, bu əxlaqsızlığa qarşı effektiv mübarizə yolu hər kəsin ayrılıqda məhkəmə orqanlarına müraciət etməsi və bu müraciətini ictimailəşdirməsi olacaq.