SOCAR-ın beş vitse-prezidenti işdən azad edilib
SOCAR-ın 12 vitse-prezidenti var
Time TV bildirir ki, İlham Əliyevin sərəncamı ilə Azərbaycan Dövlət Neft Şirkətinin, qısaca desək SOCAR-ın beş vitse-prezidenti vəzifəsindən kənarlaşdırılıb. Onlar aşağıdakılardır:
1. Yaşar Lətifov – 58 yaşı var, əslən Bakıdandır. 2016-cı ildə vitse-prezident təyin olunmuşdu.
2. Süleyman Qasımov – 61 yaşı var, əslən Borçalıdandır. 2006-cı ildən vitse prezident işləyirdi.
3. Daşqın İsgəndərov – 58 yaşı var, əslən Şamaxı rayonundandır. 2019-cu ildən vitse-prezident işləyirdi.
4. Bədəl Bədəlov – 62 yaşı var, əslən Goranboy rayonundandır, 2011-ci ildə ARDNŞ-in vitse-prezidenti idi
5. Xalik Məmmədov – 65 yaşı var. Əslən Astara rayonundandır. 2007-ci ildən SOCAR-da vitse-prezident olaraq vəzifə tutub
Qeyd edək ki, SOCAR-da ümumi olaraq 12 vitse-prezident postu var. Yəni SOCAR-ın top menecerləri vitse-prezident sayılırlar. Şirkətin rəhbəri ilə birlikdə 13 nəfər idarə etmədə təmsil olunur. 2019-cu ildə SOCAR-ın özünün açıqladığı rəsmi məlumata görə 826 min dollar yalnız bonus olaraq ödənilmişdi. Həmin il bonus və mükafatların miqdarı 1,404 milyon manatdan çox olub. Bu SOCAR-ın konsolidasiya edilmiş hesabatında qeyd olunub. Son illər isə bu məbləğ 2 milyon manatı ötmüşdü. Bu məbləğin üzərinə aylıq rəsmi əmək haqqı da əlavə ediləndə kifayət qədər böyük məbləğ alınır. Belə ki, şirkətin vitse-prezidentlərinin orta aylıq əmək haqqısı 7842 manat təşkil edir. İnfiliyasiya nəzərə alınaraq şirkətin vitse-prezidentlərinin bonusları hər il ortalama 9,5 faiz artırılır.