"Həsən ağa"nın cəzasız qohumları kimdir?
""Həsən ağa"nın cəzasız qohumları kimdir? Kimin qohumu olduğunuzdan asılı olmayaraq, ölkənin əmək qanunvericiliyini pozan işəgötürən, həmin qanunvericiliyin müvafiq maddələrinə əsasın cəzalanmalıdır! SOCAR rəhbərliyi, Neft Daşlarına gedəndə işçiləri platformalara göndərdiyiniz köhnə, tez-tez xarab olan helikopterlə uçmadınız, canınıza qıymadınız. Arada işçiləri də fikirləşin, cənablar!"
Bu etirazla Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı çıxış edib.
Tanınmış hüquq müdafiəçisi Kompleks Qazma İşləri Trestində çalışan işçilərdən birinin gileyini də təqdim edib:
"KQTİ-nin Neft Daslari Günəşli İstehsalat Bölümünün DSO-1887 "simen" dəyismə məsələsi hələ də həllini tapmayib. Bu gün işçiləri Dübəndi gəmi limanna çağırıblar. Gəminin yanına çatmaq üçün 3 km-dən çox yolu ələrində çantayla əzyyətlə gəlib çıxdıqdan sonra bəlli olur ki gəminin dənizə çıxışı yoxdur.
Hava şəraitinə görə bunu KQİT-nin rəhbərliyi bilə-bilə edib, insanlara zülüm etməkdən həzz alırlar. İşə getmək üçün rayonlardan gələn bir işçi ən azı 50 manat pul xərcləyir gün itirir, üstəlik də cibindəkini də yollarda xərcləyir.
Bu, bilərəkdən, qəsdən insanlara zülüm etməkdi. Bəlkə bu problemdən KQİT-nin təzə rəhbərliyinin xəbəri yoxdur, olsa bir əlac edərdi.
Büdcəmizin neft və qaz hasilatindan gələn gəlirlə formalasdığı halda neftçiyə 1 vertolyotu qıymırlar..."
Məsələ ilə bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq..