KOB-ların layihələrinin maliyyələşdirilməsi ilə bağlı 4-cü qrant müsabiqəsi elan edilib


Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Nazirlər Kabinetinin 30 sentyabr 2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Mikro, kiçik və orta sahibkarlığın inkişafı ilə əlaqədar təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi Qaydası”na uyğun olaraq, təhsil, elm, tədqiqat və dəstək sahələri üzrə layihələrin maliyyələşdirilməsi məqsədilə 4-cü qrant müsabiqəsi elan edir.

Agentlikdən “vergiler.az”a verilən məlumata görə, hər bir layihə üzrə maliyyələşdirilmə məbləğinin dəyəri maksimum 20 min manat həcmində nəzərdə tutulur.

Müsabiqənin şərtləri ilə bağlı ətraflı məlumatla Agentliyin rəsmi səhifəsindən tanış olmaq olar (https://u.to/6D3aHw ).