S. Ərəbistanına viza rejimi asanlaşdı

Azərbaycan vətəndaşları Səudiyyə Ərəbistanına getmək üçün elektron viza ala biləcəklər

Səudiyyə Ərəbistanı səkkiz ölkənin vətəndaşları üçün elektron viza sxeminin genişləndirildiyini elan edib.

Səudiyyə Ərəbistanı Turizm Nazirliyini xəbər verir ki, ölkələr sırasına Albaniya, Azərbaycan, Gürcüstan, Qırğızıstan, Maldiv adaları, Cənubi Afrika Respublikası, Tacikistan və Özbəkistan daxildir.

Bu ölkələrin vətəndaşları ziyarətçi vizası üçün elektron qaydada və ya Krallığın limanlarından birinə gəldikdən sonra müraciət edə bilərlər. Viza ümrə, ailə və dostları ziyarət etmək və iş məqsədləri üçün istifadə edilə bilər.