Vaşinqton Post Qubad İbadoğlunun həbsinə etiraz etdi

ABŞ-ın Vaşinqton Post qəzetində çıxan məqalənin tərcüməsini təqdim edirilk: 

Kleptokratiya (oğruların hakimiyyəti - red.) geri çəkilir. Azərbaycanlı iqtisadçı azad edilməlidir.

Qubad İbadoğlu bir iqtisadçı kimi doğma Azərbaycana və onun neft sərvətlərindən gələn gəlirlərin xərclənməsinə tez-tez tənqidi nəzər salıb. O, neft sərvətinin niyə daha firavan və demokratik ölkəyə gətirib çıxarmadığını düzgün şəkildə soruşdu və Prezident İlham Əliyevin dövründə korrupsiya və kleptokratiyaya səsləndi. İndi cənab Əliyev cavab zərbəsi endirir.

İyulun 23-də cənab İbadoğlu və həyat yoldaşı İradə Bayramlı Bakıdan kənarda mülki geyimli 20 nəfərdən ibarət qrup tərəfindən avtomobilində saxlanıləb, bu qrup onları döyərək polisə təhvil veriblər. Xanım Bayramlı həmin gün azadlığa buraxılsa da, cənab İbadoğlu barəsində saxta korrupsiya ittihamı ilə məhkəmə tərəfindən 3 ay 26 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

 Bu illər ərzində ABŞ və Avropada dərs deyən Q.İbadoğlu yaxın vaxtlara qədər London İqtisadiyyat Məktəbində qonaq stağtusunda olan baş alim olub. O, Azərbaycanda iqtisadi inkişaf və yaxşı idarəetməyə yönəlmiş qeyri-hökumət təşkilatı olan İqtisadi Tədqiqatlar Mərkəzinə rəhbərlik edib. 2014-cü ildə cənab Əliyev rejimi vətəndaş cəmiyyətinə qarşı daha geniş mübarizə çərçivəsində mərkəzin bank hesablarının dondurulmasını əmr etdi. 2015-ci ildə Demokratiya Naminə Milli Fondun Reyqan-Fascell təqaüdçüsü olan Q.İbadoğlu həm də 2014-cü ildə təsis edilmiş və Azərbaycan hökumətinin siyasi partiya kimi rəsmi statusu verməkdən imtina etdiyi Demokratiya və Rifah Hərəkatının sədridir.

Həbsindən sonra səlahiyyətlilər cənab İbadoğlunu təşkilatının ofislərində 40.000 dollar nağd pul tapdıqlarını və Türkiyənin 2016-cı ildə dövlət çevrilişinə cəhddə günahlandırdığı mühacirətdə olan türk din xadimi Fəthullah Gülənlə əlaqədə olduqlarını bildirərək, ona qarşı ittiham irəli sürdülər.

Azərbaycan Daxili İşlər Nazirliyi cənab İbadoğlunun Azərbaycanın yaxın müttəfiqi olan Türkiyədən aldığı məlumat əsasında saxlanıldığını təsdiqləyib. İttihamlar absurddur.

Onun saxlanmasının əsl səbəbi daha çox iyun ayında Britaniyada yeni azərbaycanlı peşəkarlar nəslinin hazırlanmasına yönəlmiş Azərbaycan Gənclərinin Təhsil Fondunun yaradılmasına köməklik etdiyi zaman baş vermiş hadisələrlə bağlıdır. Cənab. İbadoğlu bildirib ki, bu, ianələr hesabına maliyyələşdiriləcək, eyni zamanda, korrupsioner Azərbaycan siyasətçilərinin dövlətdən qoparıb Britaniyada gizlətdiyi vəsaitləri əldə etməyə çalışır.

2012-ci ildən 2014-cü ilə qədər hakim elitanın üzvləri, Mütəşəkkil Cinayətkarlıqla Mübarizə və Korrupsiya Hesabat Layihəsi çərçivəsində Britaniya hökuməti qeyri-qanuni vəsaitlərin bir hissəsini geri qaytarıb. Cənab İbadoğlu gənclərı təlim layihəs üçün kleptokratiyanın qənimətlərindən istifadə etmək planı ilə cənab Əliyevi açıq-aşkar narahat etdi.

Cənab Əliyev həm də daxildə siyasi müxalifəti darmadağın etməyə çalışır. Yanvar ayında o, müxalifətdəki siyasi partiyaların fəaliyyət imkanlarını kəskin şəkildə məhdudlaşdıran qanunu imzaladı. Nəticə etibarı ilə hökumət Azərbaycanın üç ən tanınmış müxalifət partiyası bu yaxınlarda qeydiyyatdan keçirməkdən imtina etdi və onların ləğv olunma ehtimalı var. Cənab. İbadoğlu qrupunu qeydiyyatdan keçirmək üçün altı dəfə cəhd etmişdi, ən son uğursuz  cəhd iyul ayında olub.

Cənab İbadoğlu şəkər və hipertoniya xəstəsidir. Ailəsi deyir ki, o, dərman almaq imkanından məhrum edilib və onlar onun sağlamlığı üçün narahatdırlar.

Bu arada, Birləşmiş Ştatlar Əliyev cənablarına təzyiq göstərərək  Azərbaycanın etnik erməni anklavı olan, Dağlıq Qarabağ ətrafında tətbiq etdiyi blokadanı yumşaltmaq və orada humanitar böhraı aradağn qaldırmağı tələb edib. Azərbaycan etnik erməni qüvvələrinin otuz ildir nəzarətində olan Dağlıq Qarabağa tam nəzarəti bərpa etməyə çalışır. Ermənistan və Azərbaycan sülh danışıqları aparırlar. Böhranla bağlı Azərbaycanla istənilən təmasda cənab İbadoğlunun dərhal azadlığa buraxılması xahişi də yer almalıdır.

https://www.washingtonpost.com/opinions/2023/08/06/azerbaijan-arrest-gubad-ibadoghlu/