“Bahalaşma davam edəcək” - AÇIQLAMA
Son vaxtlar qiymətlərin bahalaşması artan templə davam edir. Daha çox gündəlik tələbat mallarının qiymətlərində müşahidə olunan bu tendensiya istehlakçıların alıcılıq qabiliyyətinə təsir edir. Bazarlarda od tutub yanan qiymətləri isə tənzimləmək mümkün deyil. Bunu dünya bazarında qiymət artımı ilə izah edənlər də var.
KONKRET.az-a açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, inhisarçı bazarda bahalaşmanın olması xarakterik haldır:“Bu, Azərbaycan iqtisadiyyatının hazırkı xarakterinə uyğundur. Hər il bahalaşmaları müşahidə etmişik, bu il də davam edir. Bahalaşmanın mütəmadi getməsinin əsas səbəbi ölkə iqtisadiyatında rəqabət mühitinin olmaması, iqtisadiyyatın əsas hissəsinin inhisarçılıqla əlaqələndirilməsidir. Hal-hazırda dünyada gedən proseslər də məsələni bir qədər də şiddətləndirir. Dünyada da ərzaq böhranı, qıtlıq müşahidə olunur. Ona görə də dünyada gedən proseslər Azərbaycana təsir edir və əsasən gündəlik tələbat mallarının bahalaşması təbii haldır. Sahibkarlar da çox gözəl anlayır ki, gündəlik tələbat mallarını vətəndaşlar almağa məcburdur”.
Vəli Həsənov,