Sentyabrdan bu məhsulların qiyməti BAHALAŞACAQ - SİYAHI
Daxili bazarda qiymətlər durmadan artır. Bunun obyektiv və subyektiv səbəbləri var. Amma bir reallıqda var ki, yay başa çatandan sonra bır sıra yerli məhsullar ənənəvi olaraq bahalaşır.
Elə isə növbəti ayda bizi hansı məhsulların qiymətindəki artım gözləyir?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirdi ki, son vaxtlar şəkər tozunun qiyməti bir qədər artıb:
“Bu qiymət artımı növbəti aylarda da davam edəcək. Çünki, dünyada və ölkəmizdə şəkər istehsalı azalıb. Düyü dünya bazarında xeyli bahalaşıb. Bu da ölkəmizdəki qiymətlərə öz təsirini göstərməkdədir. Yəqin ki, yaxın vaxtlarda daxili bazarda düyünün qiyməti xeyli yüksələcək. Bundan əlavə “Taxıl sazişi”də pozuldu. Bu səbəbdən dünya bazarında ərzaqlıq buğdanın qiyməti artmağa başlayıb. Eyni zamanda, bitki yağlarının qiymətində artım müşahidə olunur. Üzü payıza həm ərzaqlıq buğdanın, həm də bitki yağlarının qiymətinin artacağı gözlənilir. Bir sözlə idxal etdiyimiz bir çox ərzaq məhsulları sentyabrdan başlayaraq bahalaşacaq”.
Akif Nəsirli onu da qeyd etdi ki, hazırda ölkə daxilində istehsal olunan məhsullardan yalnız şəkər tozunun qiymətində artım var:
“Amma düyü, kərə və bitki yağlarının bahalaşması dünya bazarındakı proseslərlə bağlıdır. Nəzərə alaq ki, Azərbaycan bazarı kiçik olduğundan yan təsirlərə daha çox məruz qalır. Bundan əlavə, müəyyən sahələrdə olan inhisarçılıq qiymətlərin süni artımını şərtləndirir.
Məsələn, dünya bazarında hansısa məhsulun qiymətinin artığı barədə səslənən istənilən fikirdən yararlanan yerli işbazlar anındaca qiymətləri qaldırırlar. Halbuki, dünya bazarında qiyməti artmış məhsulun ölkəmizə gəlib çıxması bir neçə ay çəkir.
Amma işbazlar bunu gözləmir, informasiyanı eşidən kimi hərəkətə keçirlər. Bundan başqa yeni mövsüm başa çatdığı üçün bir sıra yerli kənd təsərrüfatı məhsullarının qiymətində sıçrayışlar olacaq. Gözlənilir ki, ət gələn aydan xeyli bahalaşsın”.
Surxay Atakişiyev,