AZS ISO/IEC 17065:2021 dövlət standartı üzrə təlim keçirilib

 

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən AZS ISO/IEC 17065:2021 “Uyğunluğun qiymətləndirilməsi. Məhsulların, proseslərin və xidmətlərin sertifikatlaşdırılmasını aparan orqanlara dair tələblər” dövlət standartı üzrə təlim keçirilib.

İnstitutdan verilən məlumata görə, üç gün davam edən təlimdə AZSTAND, “AzIntelecom” MMC, “Certus” MMC-nin nümayəndələri iştirak edib.

Təlimin keçirilməsində məqsəd uyğunluğu qiymətləndirən qurumların fəaliyyətinin beynəlxalq standartların tələblərinə uyğun təşkil edilməsi, müvafiq sahədə fəaliyyət göstərən əməkdaşların səriştəliliyinin artırılması, bilik və bacarıqlarının təkmilləşdirilməsi olub. Sonda iştirakçılara mövzu üzrə təşkil olunan imtahanın nəticəsinə uyğun olaraq iştirakçı və daxili auditor sertifikatları təqdim edilib.