Rusiya taxıl yığımı proqnozunu 130 milyon tona çatdırıb

Rusiya Federasiyasının Kənd Təsərrüfatı Nazirliyi 2023-cü ildə taxıl yığımı proqnozunun 130 milyon tona qədər artacağını təsdiqləyib.

Agentliyin əvvəlki proqnozu 123 milyon ton idi.

Sentyabrın 4-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla danışıqlardan sonra keçirilən mətbuat konfransında Rusiya prezidenti Vladimir Putin daha optimist təxminlər səsləndirib - 130 milyon ton. Kənd Təsərrüfatı Nazirliyi bununla bağlı açıqlama verməyib.

Kənd Təsərrüfatı Nazirliyinin rəhbəri Dmitri Patruşev İnterfax-a müsahibəsində  "Prezident 130 dedi, belə də olacaq" - deyib.

Sentyabrın 6-na Rusiyada artıq 112 milyon ton taxıl yığılıb. 2022-ci ildə Rusiya Federasiyası 157,7 milyon ton taxıl, o cümlədən 104,2 milyon ton buğda məhsulu toplayıb.