Mask Baydenin ittihamlarına cavab verib

ABŞ-li iş adamı İlon Mask, sahibkarı və onun "zəngin dostlarını" noyabrda keçiriləcək prezident seçkisini satın almaq niyyətində olmaqda ölkə başçısı Co Baydenin tənqidlərinə cavab verib.

Lim10.az xəbər verir ki, sahibkarın izləyicilərindən biri prezidentin yazılarının skrinşotunu dərc edib.

"Mən onun (Baydenin) beynində tamamilə pulsuz yaşayıram", - deyə Mask yazıb.

Xatırladaq ki, bundan əvvəl Bayden milyarderi tənqid edərək, onu seçkini satın almağa cəhddə ittiham etmişdi. Biznesmen qarşıdan gələn seçkidə respublikaçı Trampa səs verəcəyini dəfələrlə açıqlayıb.