Yura dövründə yaşamış dinozavrın qalıqları rekord qiymətə satıldı

Yura dövrünün sonunda yaşamış steqozavrın qalıqları hərracda 44,6 milyon dollara (təxminən 75,8 milyon manat) satılıb.

Lim10.az xəbər verir ki, "Sotheby's" hərrac evinin nümayəndələri bildiriblər ki, bu qiymət indiyə qədər satılan dinozavr qalıqları üçün rekord qiymət olub.

Eksponat "APEX" adlandırılıb. Qalıqların steqozavrın indiyə qədər tapılan ən yaxşı nümunəsi olduğu ortaya çıxıb. Satıcı kommersiya paleontoloqu olub və 6 metr enində, üç metrdən çox hündürlüyündə qalığı 2022-ci ilin mayında şəxsi torpaq sahəsində tapıb. Bu, 1880-ci illərdən bəri oxşar tapıntıların aşkar edildiyi Koloradoda baş verib.