Ukraynada naməlum şəxs tərəfindən güllələnən Ali Radanın keçmiş deputatı İrina Farion Lvovda xəstəxanada dünyasını dəyişib.
Lim10.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə Lvov vilayət hərbi administrasiyasının rəhbəri Maksim Kozitski "Telegram" kanalında bildirib.
"Həkimlərin bütün səylərinə baxmayaraq, İrina Farionu xilas etmək mümkün olmadı" , - o qeyd edib.
Hüquq-mühafizə orqanları hücum edənin şəxsiyyətinin müəyyən edilərək tutulması istiqamətində tədbirlər görür, faktla bağlı cinayət işi açılıb.
Ukraynanın Lvov şəhərində naməlum şəxs Ali Radanın keçmiş deputatı İrina Farionu güllələyib.
Lim10.az xəbər verir ki, bu barədə Ukrayna KİV məlumat yayıb.
Keçmiş deputatın sağ olduğu qeyd olunur.