Mask "CrowdStrike" proqramını şirkətlərinin sistemlərindən sildi

Amerikalı iş adamı İlon Mask "Windows" əməliyyat sistemində qlobal nasazlığa səbəb olan "CrowdStrike"ın (kibertəhlükəsizlik üzrə ixtisaslaşmış şirkət - red.) proqram təminatını sildiklərini açıqlayıb.

Lim10.az xəbər verir ki, bu barədə Mask öz "X" hesabında yazıb.

"Biz "CrowdStrike"ı bütün sistemlərimizdən sildik", - o yazıb.

Qeyd edək ki, Mask "SpaceX" və "Tesla" şirkətlərinin yaradıcısı, həmçinin "X" sosial şəbəkəsinin və eyniadlı şirkətin sahibidir.