Banqladeş hüquq-mühafizə orqanları dövlət işlərində işə qəbul üçün kvota sisteminə qarşı etiraz aksiyalarının mindən çox iştirakçısını saxlayıb.
Lim10.az TASS-a istinadən xəbər verir ki, Dəkkədə 500-dən çox, mərkəzi Narayanqanc və Narsinqdi rayonlarında isə 200 nəfər həbs edilib. Digər rayonlarda saxlanılanlarla bağlı məlumatlar daxil olur. Onların cəmi 1100-ə yaxını var.
Etiraz hərəkatının liderlərindən biri bir gün əvvəl respublikada baş verən qarşıdurmalarda qurbanların çox olması səbəbindən nümayişlərin 48 saat müddətinə dayandırılmasına qərar verildiyini bildirib. İğtişaşlar nəticəsində azı 163 nəfərin, o cümlədən bir neçə polis əməkdaşının öldüyü məlumdur. İndi yerli hərbi rəsmilərin sözlərinə görə, ölkədə vəziyyət nəzarət altındadır.
Qeyd edək ki, Banqladeşdə etirazlar bu ayın əvvəlində respublikanın müxtəlif şəhərlərindəki özəl və dövlət universitetlərindən yüzlərlə tələbənin 1971-ci il müstəqillik müharibəsi iştirakçılarının qohumları üçün işə qəbul kvotalarına etiraz etməsindən sonra başlayıb