Ukraynanın Odessa vilayətinin İzmail şəhərindəki neft bazasında partlayış baş verib.
Lim10.az xəbər verir ki, bu barədə Strana.ua məlumat yayıb.
Həmçinin beşmərtəbəli yaşayış binasına raket zərbəsi endirilib. Xəsarət alanlar var, üç nəfər xəstəxanaya yerləşdirilib.
Yerli "Telegram" kanallarında gəmi təmiri zavodunun, limanın və yanacaqdaşıyan maşının dronlarla vurulduğu bildirilir.
İyulun 24-nə keçən gecə Odessa vilayətində və Ukraynanın digər vilayətlərində hava hücumu xəbərdarlığı elan edilib.
Odessa vilayətinin hərbi administrasiyasının rəhbəri Oleq Kiper bildirib ki, partlayışlar nəticəsində liman infrastrukturu zədələnib.
Bundan başqa, Sum rayonunda da mühüm infrastruktur obyektində yanğın qeydə alınıb.
Ukraynada neft bazasında güclü partlayış baş verib