Bazarda saxta “Zeytun” yağı vardır - zeytun yğı seçərkən ALDANMAYIN
İstehlakçılar AİİB-ə hər həftə şübhələndikləri ərzaq və sənaye mallarının nümunələrini gətirirlər.
Sonuncu gətirilən nümunə satış qiyməti 44.55 AZN, 5 litirlik yaşıl fonlu metal qabda qablaşdırılmış, üzərində ağ böyük şriftlərlə “Vero Greco”, Olive Blended Oil (Zeytun qarışığı yağı, (bu söz Azərbaycan dılinə tərcümə olunmayıb), Selected Quality (Seçilmiş keyfiyyət), Yunanstanda qablaşdırılmışdır, Cəzbedici, böyük, üzərində yetişmiş meyvələr olan zeytun ağacının budağı, çox kiçik şriftlərlə diqqəti az cəlb edən yerdə “Blend of 51% pomace olive oil& corn oil (Qarışıq 51% pomace zeytun yağı&qarğıdalı yağı), ştrix kod-5200410900074, yazılmış “Zeytun yağıdır!”. İstehlakçının şübhə etdiyi və bilərəkdən kiçik şriftlərlə yazılmış – “pomace zeytun yağı” ifadəsi diqqəti çəkdi!
Araşdırmalardan məlum oldu ki, bu ifadənin mənası o deməkdir ki, bu yağ zeytunun soyuq sıxımasından sonra əldə olunan keyfiyyətli Extra Virgen yağınının xammalının qalıqlarından, yəni jmıxından termik və kimyəvi yolla alinan “yağdır”!
Zeytun yağına dair beynəlxalq qurum bu yağları süni yağ hesab etmişdir
Zeytun jımıxından hazırlanmış və dünyanın müxtəlif ölkələrində satılan bu yağların elektron kataloquna nəzər yetirdikdə 300 növdən çox müxtəlif etiketlərlə satılan yağlar arasında Azərbaycanda satılan Vero Greco yağı yoxdur və əksər etiketlərdə böyük şriftlərlə Pomace olive - yəni jmıxdan hazırlanmış yağ yazılmışdır.
Nəticəyə gəlirik ki, “Vero Greco” mal nişanı ilə əhaliyə baha qiymətlə zeytun yağı adıyla satılan yağ, əslində tərkibində ən çox 8 % zeytun yağı olan, qalanı naməlum yağların qarışığı olan süni yağdır!
Araşdırmaların obyektivliyınə nail olmaq üçün bu yağın qabı üzərində yazılmış elektron poçtu [email protected] ünvanına şübhələrimiz barədə suallarımızı göndərdik,lakin cavab yoxdur!
www.VeroGreco.com saytına müraciət etdik heç bir məlumat tapılmadı!
Malın üzərində yazılmış və yuxarıda qeyd etdiyimiz Ştrix-kodu beynəlxalq axtarış sistemində araşdırdıq və məlum oldu ki, belə bir ştrix-kod heç bir müəssiəyə verilməyib,yəni saxtadır!
Malın etiketində yazılan məlumata inansaq bu yağları Azərbaycana Bakı şəhəri,Sabunçu rayonu,B.Bünyadov küçəsi 11 ünvanda yerləşən “Aqro Vest DC” MMC idxal edir.
Qed olunan yağın araşdırilması, markalanmasının qanunvericiliyimizin tələblərinə uyğunluğunun müəyyən olunması üçün. “Azad İstehlakçılar” İctimayi Birliyi(AİİB) artıq rəsmi məktubla Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin(AQTA) sədri, cənab Qoşqar təhməsliyə və Azərbaycan Respublikası,Dövlət Gömrük Komitəsinin sədri cənab Şahin Bağırova müraciət etmişdir.
Əlavə olaraq zeytun yağlarının alışı zamanı, istehlakçılara aşağıdakı məlimatları da veririk.
Üzərinə “Virgin” yazılmış zeytun yağı fiziki üsulla sıxılan, ən yaxşı və ən təbii, çiy halda istifadə edilən məhsul sayılır. Bu yağ salatların, sousların, yeməklərin üzərinə əlavə etmək üçündür.
Üzərinə “Extra virgin” yazılan zeytun yağı “Virgin” kateqoriyasına aid olan ən keyfiyyətli yağdır. Bu yağ maksimum 27 dərəcə temperaturda alınır. Turşuluq dərəcəsi 1 faiz təşkil edir. Bu yağ da çiy halda istifadə edilmək üçündür.
Üzərinə “Refinado” yazılmış zeytun yağı rafinə edilmiş, saflaşdırılmış məhsuldur. Bu yağların sənaye emalı vasitəsi ilə dad keyfiyyətləri yaxşılaşdırılır, ləzzəti artırılır və turşuluq nisbəti aşağı salınır. Rafinə zeytun yağı xörəkləri bişirmək, qızartmaq üçündür.
Əgər zeytun yağını xörək hazırlamaq üçün alırsınızsa rafinə edilmiş zeytun yağını seçmək məsləhətdir. Onun yanma temperaturu 240-270 dərəcədir. Çiy istifadə üçün isə “Virgin” kateqoriyasından olan yağlara üstünlük verilməlidir.
“Azad İstehlakçılar” İctimayi Birliyinin sədri: Eyyub Hüseynov