Aĝstafa Təhsil Şöbəsinin əməkdaşı jurnalisti hədələdi
Hörmətli oxucular! Hər kəsin diqqətinə çatdırmaq istəyirik ki, bir müddət bundan öncə redaksiyamıza Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Qazax-Tovuz Regional Təhsil İdarəsinin Ağstafa rayon təhsil sektorunun müdiri Mədət Zeynalovla, adı çəkilən bu qurumun kargüzar mütəxəssisi Mustafayeva Afaq Rafayıl qızı arasında baş verən olaylarla bağlı xeyli məlumatlar daxil olmuşdu. Düzdür, daxil olan məlumatlar əsasında Deryaz.az saytında yazı yayımlanmazdan öncə, sektor müdiri Mədət Zeynalovla əlaqə saxladıq və qarşı tərəf olaraq ondan məsələlərə münasibət bildirməsini xahiş etdik. Təəssüflər olsun ki, adı çəkilən bu vəzifə sahibi redaksiyamıza daxil olan məlumatlarla bağlı heç bir münasibət bildirmədi, yaxud da bildirmək istəmədi. Mədət Zeynalovun belə bir yanaşmasından sonra məcbur olub 13 iyun 2023-cü il tarixdə Deryaz.az saytında “MƏDƏT ZEYNALOVUN HƏDIYYƏ ETDIYI FƏXRI AD NIYƏ ARVADINI QANE ETMƏYIB” başlıqlı yazı yayımladıq.
Qeyd edək ki, 18 iyun 2023-cü il tarixdə, saat 12:00 radələrində bir nəfər xanım 055-904-83- .. nömrəli mobil telefonla Deryaz.az saytının rəhbərliyinə məxsus 051-516-66- .. nömrəli mobil telefona zəng edir və özünün Nərgiz Musayeva adlı xanım olduğunu bildirir. Telefon danışığı zamanı həmin xanım “Mənim adım Nərgiz Musayevadır, Milli Təhlükəsizlik, MTN-nin mətbuat- informasiya şöbəsində çalışıram. Milli MTN-nin, milli təhlükəsizlik xidmətinin mətbuat xidmətinin rəhbəriyəm” də deyir. Bundan əlavə, həmin xanım telefon danışığı zamanı redaksiya rəhbərliyini müəyyən mənada təhdid də edir. Hətta o, redaksiya rəhbərliyinə “Sən 4 il həbs olunacaqsan və 5 min manat məbləğində cərimə də ediləcəksən” də deyir. Ümumiyyətlə, telefon danışığı zamanı özünü DTX-nin əməkdaşı deyə təqdim edən həmin xanımın danışdıqlarına qulaq asdıqdan sonra, redaksiya əməkdaşlarında müəyyən şübhələr baş qaldırır. Yəni, az sonra Deryaz.az saytı əməkdaşının apardığı jurnalist araşdırmaları zamanı bəlli olur ki, 055-904-83- .. nömrəli mobil telefon nömrəsi Mustafayeva Afaq Rafayıl qızına məxsusdur və sadəcə olaraq o, bir qədər qabaqdangəlmişlik etmək məqsədilə özünü qarşı tərəfə Nərgiz Musayeva deyə təqdim edir. Ola bilər ki, Afaq Mustafayeva bu cür addımını atmaqla hansısa məqsədinə nail olmaq istəyib. Amma, xanım Mustafayeva onu unudub ki, DTX-nin əməkdaşı olmadan hansısa məqsədini həyata keçirmək məqsədilə bu dövlət qurumunun adından sui-istifadə etmək hər kəsin əməlində, o cümlədən Afaq Mustafayevanın da əməlində cinayət məsuliyyətİ yaradır.
Qeyd edək ki, bu məsələ ilə bağlı aiddiyyatı üzrə dövlət qurumlarına rəsmi qaydada müraciət etmişik ki, olayın varlığı tam dəqiqliklə araşdırılsın. Məsələnin düşündürücü tərəfi odur ki, Qazax- Tovuz Regional Təhsil İdarəsinin Ağstafa rayon təhsil sektorunun əməkdaşı olan Afaq Mustafayeva, hələ də atdığı addımının məsuliyyətinə əhəmiyyət vermir və o, qarşı tərəfi cəzalandırmaq məqsədilə Gədəbəy və Yasamal Rayon Məhkəmələrinə iddia tələbi ilə müraciət etməyi daha məqbul hesab edir. Daha biabırçı halın varlığı ondadır ki, iddia ərizəsində cavabdeh qismində qoyulan Tağıyev Habil Bəhlul oğlu Gədəbəy rayonunda anadan olsa da, bu gün onun nə yaşayış yerinin, nə də ki, qeydiyyat ünvanının Gədəbəy rayonuna heç bir aidiyyatı yoxdur. Bu da onu söyləməyə əsas verir ki, iddiaçılar Mustafayev Bayram Ruzman oğluna və Mustafayeva Afaq Rafayıl qızına hüquqi istiqamət verən, yaxud da hüquqi köməklik göstərən şəxs(lər) “müəkəmməl hüquqi təhsilə” sahibdirlər. Yəqin ki, Yasamal Rayon Məhkəməsində aparılacaq ədalətli məhkəmə araşdırmaları həqiqətləri üzə çıxarmağa imkan verəcək.
Dəryad.az