Gədəbəydə sianid-filsn yox imiş...
Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin bu günkü brifinqinin tezisləri:
- Söyüdlüdə hava monitorinqində təhlükəli maddələrin normadan artıq olmadığı üzə çıxıb.
- Gədəbəy çayında və digər çaylarda sionid və digər ağır metallar aşkarlanmayıb.
- Söyüdlüdə xəstələnmə hallarının tullantı ilə əlaqəli olduğu təsdiqlənməyib.
- Söyüdlüdə tullantı su anbarı ilə bağlı müvafiq sənədlər aidiyyəti qurumlarla razılaşdırılmayıb.
- İyulun sonunda beynəlxalq şirkətin Söyüdlüdə tullantı anbarında qiymətləndirmə aparması gözlənilir.
- Söyüdlüdə istismarçı şirkət tərəfindən lazımi işlər görülməsə, pay bölgüsü dəyişəcək.
- Sabah Söyüdlü ilə bağlı Komissiyanın iclası keçiriləcək.