"SOCAR rəhbərliyi sizin yazdığınızı oxuyur"
""Azneft" İB, "28 May" və 8 saylı Dərin Dəniz Özüllərində (DDÖ) neftçilər cavabdeh şəxsləri gündə bir neçə dəfə "məhəbbətlə" xatırlayırlar!" - bunu Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı yazır.
"Salam Mirvari xanım. Yenə də problem ilə bağlı sizi narahat edirəm. İstərdim ki, sizə 8 saylı özüldə problemin artıq aradan qaldırılması barəsində sevindirici xəbəri verim. Amma təsüf ki, bunu edə bilməyəcəm. Artıq iyul ayının yarısına çatırıq və gələn ay artıq yay bitir. Bilirəm ki, SOCAR rəhbərliyi sizin yazdığınızı oxuyur. Burdan onlara demək istəyirəm ki, narahat olmuyun, gələn ay yay bitir. Söz verdiyiniz, bloka göndərdiyiniz kondinsionerləri bir dəfəlik gələn ilin yayında quraşdırıb yekunlaşdırarsınız. Kondisionerlər gəlib. Təşəkkür edirəm. O istinin, nəmin altında qalan kondisionerlərə baxıb sərinlənirik - siz işdə olanda otağınızda, işə gələndə isə avtomobilinizdə sərinləndiyiniz kimi. Səbirsizliklə gözləyirdik ki, quraşdırılacaq. Hətta, idarənin iclasında bu problemin dərhal aradan qaldırılması üçün ciddi tapşırıqlar da verilmişdi. İdarə rəisi evə getdi deyə qərarlar unuduldu".
Bu mesajı da Mirvari xanıma 8 saylı DDÖ-nün neftçiler yazıb.