SOCAR-da "əlcək üsyanı" - etirazlar davam edir
Time TV bildirir ki, Xəzərdə neft çıxaran bir qrup neftçi Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövşən Nəcəfə müraciət ünvanlayıblar. Müraciəti Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı facebook səhifəsində paylaşıb. Onu olduğu kimi təqdim edirik;
— Hörmətli və möhtərəm Ağalar! Bu Total bilirik ki, xarici şirkətdir. Xarici şirkətlə bizim (və ya sizin) SOCAR arasında cox-cox böyük fərqlər var. Istər texnoloji idarə etmədə, istər personal uçotunda, istər təchizatda, istər şəffaflıqda, istər əməkyin qiymətləndirilməsində, bir sözlə, hər sahədə! Yaxsı, bəs siz bir azərbaycanlı oğlu kimi nə düşünürsünüz? Nə vaxt bizlər də xristianlar kimi, kafir kimi, xaçpərəst kimi (xarici şirkətlərin işçiləri nəzərdə tutulur) yaşayacağıq? Elə zülm-zillet bizlər üçün yazılıb?
Cənab Prezident Ilham Əliyev gənc kadrlara üstünlük verdi, idarə etmənin muasirləşməsi üçün gənclərə yollar açdı. Yaxşı bəs siz nə iş görmüsüz bu vaxt ərzində? Biz neftçi olaraq, yaxşlaşmaya dogru hec bir fərq hiss etmədik. Bircə Neft Daşları ərazisində tikilən bulaq və sərnişinlər üçün tikilən gözləmə zalından başqa heç nə dəyişməyib. Başqa neynəmisiz? Əmək haqqını artırmadınız, təchizat bərbad gündə, adi bir fəhlə əlcəyi nədir, işçiləri onunla da təmin edə bilmirsiz! Yaxsi bəs onda nəyinizlə fəxr edirsiz?