Neft Emalı Zavoduna yeni direktor təyin edildi

SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavoduna (NEZ) yeni direktor təyin edilib.

Qurumdan “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, bu vəzifəyə Xəyal Cəfərov gətirilib.

Onun bundan əvvəl “SOCAR Karbamid” zavodunun direktoru vəzifəsində çalışdığı bildirilir.