Rusiya Odessanın bombaladi
“Zərbə endirilməsi planlaşdırılan bütün hədəflər məhv edilib”
Bu sözləri Odessanın gecə atəşə tutulması haqqınd Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov brifinqdə bildirib. O deyib ki, iyulun 23-nə keçən gecə Rusiya hərbçiləri “pilotsuz katerlərdən istifadə etməklə Rusiya Federasiyasına qarşı terror aktlarının hazırlandığı obyektlərə, habelə Odessa vilayətində onların istehsal olunduğu yerlərə” dəqiq idarə olunan silahlarla zərbələr endiriblər.
“Zərər çəkmiş obyektlərdə əcnəbi muzdlular olub. Zərbə üçün planlaşdırılan bütün hədəflər məhv edilib”, - RİA Novosti onun sözlərindən sitat gətirir.
Bundan əvvəl Odessa hakimiyyəti məlumat vermişdi ki, iyulun 23-nə keçən gecə Rusiyanın şəhərə raket hücumu nəticəsində Moskva Patriarxlığının Ukrayna Pravoslav Kilsəsinə məxsus Odessadakı ən böyük pravoslav kilsəsi olan Transfiqurasiya kafedrası əhəmiyyətli dərəcədə zərər çəkib.