"Kontakt-Home"dən kreditlə alınan telefon qüsurlu çıxdı
Azad istehlakçılar birliyinin Sədri Eyyub Hüseynova Sumqayıt şəhər dəniz kənarı Novxanı bağlarında yaşayan Xəyalə Talıbova tərəfində ş0ikayət məktubu gəlib
Məktubda bildirilir ki, iyul ayının 4-də Sumqayıt şəhərində yerləşən "Kontakt-Home" - 11 Sumqayıt mağazasına kreditlə telefon götürməyə yaxınlaşdım: "İlkin ödənişlə kredit götürmək üçün əvvəl maraqlanmışdım. "İphone 11" markalı 128 Gb yaddaşı olan molan telefon götürmək istəyirdim, çox istəyirdim o telefondan olsun məndə, o da yalnız kreditlə mümkün idi. Nəğd almağa durumum əl vermirdi. Həm də 1 qrup prezident təqaüdü alan qardaşım var, onun xərclərini çatdırmaq olmur. Nəğd ala bilməzdim. Telefonu kreditlə götürdüm. Qızıl zəmanət təklif etdilər. Elə danışdılar ki, qızıl zəmanətə insndım, həm də anamın təkidiylə razılaşdım. 1400 manata olan telefonu mənə kreditlə 18 aya 2459.09 manata başa gəldiyinə görə qızıl zəmnəti ləğv etdim. Boş şey olduğunu hiss etmişdim. Həm də 18 aya baha gəlib çıxırdı. Sonra sənədlər də dəqiqlik olsun deyə, ayin 5-i gəldim ki, sənədləri hazırlasınlar. Qızıl zəmanət ləğv edilmişdir. Orda dedilər 6-sı yaxınlaşın. Həm də kredit müddətini azaltmaq istəyirdim ki, ödəniz bir az azalsın. Dedilər faizsizdir, amma 1400 manatlıq telefon 12 aya gəlb 2090.99 manata çıxdı. Guya komissiya haqqı imiş. Bildirildi ki, adaptır da kreditin içindədir, guya ayrıdır, telefonun üstündə vermirlər. İlkin ödəniş kimi 402 manat pul ödə0dim".
Şikayətçi yazır ki, lakin ilk gündən telefonda problem yarandı, WhatsApp-da durum paylaşdım, amma durumumda heçnə görünmədi, amma durumum anamda görünürdü: "Dedim paylaşımı hamı görür, amma məndə durumda niyə şəkil yox. Telefonda ilk gündən ciddi problemlər olduğuna baxmayaraq, şikayətimə ciddi baxmadılar".
Müştəri telefonu yenisi ilə əvəz edilməsini tələb etsə də, onun bu tələbinə əməl edilməyib. Telefon 10 gün servisdə qalıb, amma sonra yenə problemləri çıxıb. Bu onu göstərir ki, telefon qüsurlu məhsuldur. Belə halda isə satıcı telefonu yenisi ilə əvəz etməyə borcludur. Lakin mağaza bundan imtina edib.
Şikayətçi yazır ki, xahiş edirəm mənə kömək edin: "Keyfiyyətsiz telefon veriblər mənə, insanları aldadıb soyurlar bunlar. Çox adam şikyət edib, amma mən bilməmişəm, alandan sonra bildim malları keyfiyyətsizmiş. Xahiş edirəm sizdən, istehlakçı hüququmu qorumaqdap mənə köməpk edəsiniz, ödədiyim 402 manatın mənə qaytarılsın və müqaviləyə xitam verilsin. Çox xahiş edirəm sizdən, dövlət orqanlarına və kütləvi informasiya vasitələrinə məlumat verilsin ki, əhali bu mağazanın əməkdaşları tərəfindən aldadılmasın".
İmza: Talıbova Xəyalə.