Gürcüstanda turizmdən gələn gəlirlər açıqlandı

2023-cü ilin yanvar-iyun aylarında Gürcüstanın beynəlxalq turizmdən əldə etdiyi gəlirlər rekord həddə çatıb.

Bu barədə Milli Turizm Agentliyi məlumat yayıb. Məlumata əsasən, cari ilin ilk altı ayı ərzində Gürcüstan beynəlxalq səyahətlərdən (turizmdən) 1 milyard, 804 milyon, 529 min 935 dollar gəlir əldə edib.

Bildirilir ki, cari ildə qeydə alınan göstərici 2022-ci ilin birinci rübünün göstəricisindən 57%, ikinci rübünün göstəricisindən isə 34.8% çoxdur.