Dəniz nəqliyyatı ilə yük daşımaları 25 faizədək artıb



Bu ilin yanvar-iyul aylarında dəniz nəqliyyatı ilə daşınan yüklərin həcmi 5 341,5 min ton təşkil edib ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 24,8 faiz çoxdur.

Dövlət Statistika Komitəsinin məlumatına görə, yüklərin 56,9 faizini neft yükləri təşkil edib.

Dəniz limanları tərəfindən 7 445,8 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib və yüklərin 6 111,9 min tonunu və ya 82,1 faizini tranzit yüklər təşkil edib.

2023-cü il avqust ayının 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi 285,7 min ton olub. Dövr ərzində bu nəqliyyat növü ilə daşınan sərnişinlərin sayı 2022-ci ilin müvafiq dövrünə nisbətən 5,8 faiz artaraq 12,7 min nəfər təşkil edib.