Cənubi Qafqaz kəməri ilə qaz nəqli 6 faiz artıb

Bu ilin yanvar-iyul aylarında magistral qaz kəmərləri ilə 23 978,5 milyon kub-metr qaz nəql edilib ki, bu da bir il öncəki eyni göstəricini 1 045,7 milyon kub-metr və ya 4,6 faiz üstələyir.

Dövlət Statistika Komitəsinin hesabatına əsasən, qaz nəqlinin 53,1 faizi və ya 12 737,9 milyon kub-metri “Bakı-Tbilisi-Ərzurum” Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib ki, bu da illik ifadədə 6 faiz çoxdur.