Hindistan buğdanın alınması ilə bağlı Rusiya ilə danışıqlar aparır

Reuters mənbələrə istinadən yazır ki, Hindistan taxıl məmulatlatının daxili qiymətlərinin artması fonunda Rusiya ilə buğdanı endirimlə almaq üçün danışıqlar aparır.

Hindistanın təqribən 9 milyon ton Rusiya buğdasını endirimlə alamaq istəyir. Bu da ölkədə həm taxılın, həm də yanacağın qiymətinin sabitləşməsinə kömək edəcək. “Hindistan asanlıqla Rusiyadan buğdanın hər tonuna 25-40 dollar endirim əldə edə bilər. Bu, buğdanın xərclərinin yerli qiymətlərdən xeyli aşağı düşməsini təmin edir”, - mənbədən biri bildirib.

Reuters-in məlumatına görə, Hindistan və Rusiya hökumətləri arasında şəxsi ticarət və sövdələşmələr vasitəsilə idxal imkanlarını artırmağı araşdırır. Agentlik qeyd edir ki, taxılın yüksək qiyməti Hindistanda inflyasiyanı bu ilin iyulunda son 15 ayın ən yüksək həddinə çatdırıb.

“Rusiya mövcud bazar qiymətlərindən endirim etməyə hazır olduğunu bəyan edib. Rusiyadan ərzaq məhsullarının ixracına heç bir məhdudiyyət yoxdur”, - başqa mənbə vəziyyəti şərh edib.