Dünya buğda ticarətinin dörddə biri Rusiyanın əlindədir

Rusiya “Sukra Okan” yük gəmisini yoxladıqdan sonra buğdanın qiyməti qalxıb

Bloomberg yazır ki, Rusiya Ulraynanın İzmail limanına gedən "Sukra Okan" quru yük gəmisini yoxladıqdan sonra Asiya ticarətində buğda bahalaşıb.

Rusiya Federasiyası Müdafiə Nazirliyinin məlumatına görə, Rusiya Hərbi Dəniz Qüvvələrinə məxsus gəmi Ukraynanın İzmail limanına gedən və yoxlama üçün dayanma tələblərinə cavab verməyən Palau bayrağı altında üzən “Sukra Okan” quru yük gəmisini məcburi şəkildə dayandırıb. Qadağan olunmuş malların daşınması şübhəsi ilə yük gəmisini yoxlamaq üçün Ka-29 helikopteri qaldırılıb. Yoxlamadan sonra gəmi hərəkətini davam edib.

Həmin vaxt Asiyada buğda fyuçersləri təxminən 1,2% bahalaşıb, bundan sonra qiymətlər cüzi korrektə edilib və saəbitləşub. Bu gün, Moskva vaxtı ilə saat 10:52-də qiymətlər 0,56% bahalaşıb.

Şənbə günü, USDA 2023-24 mövsümü üçün Rusiya buğda tədarükünün təxminini 48 milyon tona qaldırdı. Bu o deməkdir ki, dünya buğda ticarətinin demək olar ki, dörddə biri hazırda Rusiyanın əlindədir, agentlik qeyd edir.

investorlar iyul ayında “taxıl müqaviləsi”nin müddəti bitdikdən sonra Qara dəniz regionunda taxıl tədarükündən narahatdırlar. Bununla belə, bol məhsul fonunda buğda ötən ilin eyni dövrü ilə müqayisədə hələ də təxminən 17% ucuzlaşıb.