Macarıstana məhsul ixracı 21% artıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycanın Macarıstanla ticarət dövriyyəsinin ümumi həcmi 5,15 milyon ABŞ dolları və ya 21 faiz artaraq 29,6 milyon dolları üstələyib.

Dövlət Gömrük Komitəsinin hesabatında qeyd olunur ki, cari ilin ilk 7 ayında Azərbaycandan Macarıstana 1,55 milyon dollar dəyərində məhsul ixrac edilib ki, bu da 2022-ci ilin eyni göstəricisindən 812,78 min dollar və ya 2,1 dəfə çoxdur.

Macarıstandan Azərbaycana idxal edilən məhsulların dəyəri isə 18,3 faiz və ya 4,34 milyon dollar artaraq 28 milyon dolları ötüb.

Cari ilin yanvar-iyul aylarının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində Macarıstanla ticarətin payı 0,1 faiz təşkil edib ki, bu da bir il əvvəlki eyni göstəricidən 0,01 faiz bəndi çoxdur.