Mal əti niyə bahalaşdı? - İQTİSADÇI EKSPERT AÇIQLADI

"Mal ətinin bahalaşması gözlənilən idi. Amma biz bu bahalaşmanı təxminən sentyabr ayının sonu, yaxud oktyabrın başlanğıcında gözləyirdik". Bu sözləri SİA-ya açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı ekspert Akif Nəsirli deyib.

Ekspertin sözlərinə görə, yay mövsümü olduğu üçün indi daha çox tələbat meyvə-tərəvəzədir: "Hesab edirdik ki, yay fəsli çıxandan sonra ətə tələbat artacaq və ət bahalaşacaq. Lakin ətin indidən bahalaşması onu göstərir ki, Azərbaycan istehlak bazarının təmin edilməsində problemlər var".

Akif Nəsirli sözlərinə belə davam edib: "Məhərrəm ayında toy-şənlik mərasimlərinin azalması da burada əsas faktorlardandır. Yəni, bütün bunlar ət tələbatını azaldır. Həm də isti havalarda bir çox insan qida rasionundan əti azaldır və istəmir.