Qaz verib, gübrə ala bilərik
Bolqarıstanla yeni barter mexanizmləri tətbiq edilə bilər
Bolqarıstan və Azərbaycan arasında elektrik enerjisi və qazın barter edilməsi ideyası qaz və hazır məhsulların barter edilməsi ideyasına çevrilib. Bu barədə Bolqarıstan mətbuatına açıqlamasında bu ölkənin iqtisadiyyat naziri vəzifəsini icra edən Nikola Stoyanov deyib.
Onun sözlərinə görə, Bolqarıstanın iki böyük gübrə zavodu var və Azərbaycan da bu məhsulun əsas istehsalçısıdır.
“Gübrələrin daşınması qazın daşınmasından daha ucuz başa gəlir. Yəni hansısa ölkə bu zavoda qaz verirsə, əvəzində ona gübrə verilə bilər və beləliklə, daşınmanın logistik xərclərini çəkməyə ehtiyac qalmayacaq. Azərbaycan isə gübrəni birbaşa Avropaya sata bilər”, - deyə Nikola Stoyanov qeyd edib.