“Ölkələr pandemiyanın nəticələrinin öhdəsindən qismən gələ bildilər”
Norbert Funke
COVID-19 pandemiyası, demək olar ki, bütün ölkələrin iqtisadiyyatına ziyan vurdu. Bir çox aşağı gəlirli ölkələr və "kövrək dövlətlər" üçün isə bu şok pul köçürmələrinin azalması ilə daha da gərginləşdi. Bəs böhrandan təsirlənən ölkələr bu şoka necə reaksiya verməlidirlər? Ekspertlərin fikrincə, qısamüddətli perspektivdə əsas diqqət həm yerli sakinlərin, həm də miqrant işçilərin, məsələn, subsidiyalar və məşğulluğun dəstəklənməsi vasitəsilə qorunmasına, eləcə də sosial təhlükəsizlik şəbəkələrinin əhatə dairəsinin genişləndirilməsinə yönəldilməlidir.
Beynəlxalq Valyuta Fondunun (BVF) Qafqaz, Mərkəzi Asiya və Monqolustan üzrə Regional Potensial İnkişaf Mərkəzinin direktoru Norbert Funke “vergiler.az”a müsahibəsində Qafqaz və Mərkəzi Asiya regionu ölkələrinin qarşısında duran əsas vəzifələrdən danışıb.