Vergi ödəyicilərinin nəzərinə!
Sentyabr ayı üzrə təqdim olunmalı bəyannmələr
Hörmətli vergi ödəyicisi!
2022-ci ilin sentyabr ayı üzrə Əlavə dəyər vergisi, Aksiz vergisi, Yol vergisi və Mədən vergisi bəyannamələri 20 oktyabr 2022-ci il tarixdən gec olmayaraq təqdim olunmalıdır. Qeyd olunan bəyannamələr vaxtında təqdim olunmadığı halda vergi ödəyicisinə münasibətdə (hər bir bəyannamə üzrə) 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Əlaqə telefonu: 195-1