Bu il Rusiyadan nə qədər taxıl idxal etmişik?

Bu ilin əvvəlindən Rusiyanın Ulyanovsk vilayətindən Azərbaycana 15227 ton taxıl ixrac edilib.

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") yaydığı məlumata, regiondan taxıl idxal edən ölkələr arasında Azərbaycan ikinci yerdə qərarlaşıb.

Ümumilikdə, bu ilin əvvəlindən Ulyanovskdan 43114 ton taxıl ixrac edilib ki, bunun da böyük hissəsi Latviyaya - 20501 ton, Azərbaycana - 15227 ton və Qazaxıstana - 6339 ton tədarük edilib.

Qeyd edək ki, Azərbaycanın daxili bazarının 1,2 milyon ton idxal buğdasına ehtiyacı var. Göstərilən rəqəm isə idxala olan təkəbatın cəmi 1,26 faizini təşkil edir.