İqtisadiyyat üzrə Nobel laureatları məlum oldu

İqtisadiyyat üzrə Nobel mükafatının qalibləri məlum olub.

Nobel Komitəsinin rəsmi saytında olan məlumata əsasən, qaliblərin elan olunma mərasimi İsveç Kral Elmlər Akademiyasında keçirilib.

İqtisadiyyat üzrə Nobel mükafatının qalibləri Ben S. Bernanke, Douglas W. Diamond və Philip H. Dybvig olub.

Qeyd edək ki, ötən il İqtisadiyyat üzrə Nobel Mükafatına üç alim – Kanada-ABŞ iqtisadçısı Devid Kard, həmçinin ABŞ-dan olan araşdırmaçılar Coşua Anqrist və Qvido İmbens layiq görülüb.