Azərbaycanda rus süni intellektinə malik traktorlar istehsal ediləcək

Azərbaycanda süni intellektə malik kənd təsərrüfatı texnikası istehsal olunacaq.

2023-cü ildə Azərbaycanda istehsal olunan traktorlarda “Cognitive Agro Pilot” süni intellektin quraşdırılmasına başlanılacaq.

“Vergiler.az” Rusiya mətbuatına istinadən xəbər verir ki, bu, regionda “ağıllı sistem”in satışını xeyli artıracaq.

“Cognitive Pilot”un baş direktoru Olqa Uskovanın sözlərinə görə, şirkətin yaxın iki-üç il üçün planlarına Azərbaycanda avtopilot sistemləri bazarının dörddə birinə sahib olmaq daxildir.