İranda zəlzələ baş verdi

İranın şərqində Əfqanıstanla sərhəd yaxınlığında 4.5 bal gücündə zəlzələ qeydə alınıb.

Lim10.az "İzvestiya"ya istinadən xəbər verir ki, bu barədə iyulun 21-də Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.

Seysmoloji hadisənin mənbəyi 35 kilometr dərinlikdə olub.

EMSC-nin məlumatına görə, yeraltı təkanların episentri İranın təxminən 196 min nəfər əhalisi olan Bircənd şəhərindən 131 kilometr şimal-şərqdə yerləşib.