Kahramanmaraşda meşə yanğını başlayıb, əraziyə helikopterlər cəlb edilib

Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda meşə yanğını başlayıb.

Lim10.az bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir.

Qeyd olunub ki, yanğına havadan və qurudan müdaxilə edilir.

Yanğınsöndürmə işləri davam edir.