Yunan nazirdən qalmaqallı açıqlama: "Bir gecə F-35-lərlə qəfil Ankaraya gələ bilərik"

Yunanıstanın səhiyyə naziri Adonis Georgiadis qatıldığı televiziya proqramında Türkiyə ilə bağlı qalmaqallı açıqlamalar verib.

Lim10.az Haber Global-a istinadən xəbər verir ki, verilişdə çıxış edən Georgiadis "Bir gecə F-35-lərlə qəfil Ankaraya gələ bilərik", - deyib.

Yunanıstanın səhiyyə naziri "Türkiyə aviasiyada sıfırdır", - ifadəsini işlədib.

O, Yunanıstan hökumətinin güclü ittifaqlara malik olduğunu, Türkiyənin isə tək qaldığını deyib, 2020-ci ilin yayında başlayan Şərqi Aralıq dənizi böhranında Yunanıstanın ABŞ və Fransa ilə qurduğu ittifaqlara toxunub.

Onun sözlərinə görə, müdafiə ittifaqları qurmaq Yunanıstanı daha da gücləndirib.

Yunan nazirdən qalmaqallı açıqlama: "Bir gecə F-35-lərlə qəfil Ankaraya gələ bilərik"

Yunan nazirdən qalmaqallı açıqlama: "Bir gecə F-35-lərlə qəfil Ankaraya gələ bilərik"