Moskva vilayətindən olan 10 uşaq Şimali Osetiyada yoxa çıxıb.
Lim10.az SHOT "Telegram" kanalına istinadən xəbər verir ki, Rusiya Fövqəladə Hallar Nazirliyinin əməkdaşları iki günlük axtarışlardan sonra turist qrupunu Alaqirski rayonunda tapıblar.
Qrupda 10-u 14-17 yaş arası uşaq olmaqla, cəmi 12 nəfər olub.
Bildirilir ki, bütün qrup üzvləri özlərini yaxşı hiss edirlər və onların təxliyəsi üçün lazımi işlər görülür.